İngiltərəli ekspert: “Qarabağ” istəyinə çatacaq”
03.11.2022 - 17:48
İngiltərəli ekspert: “Qarabağ” istəyinə çatacaq”

İngiltərəli futbol eksperti Endi Delani Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Frayburq” oyununu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, mütəxəssisin fkrincə, Azərbaycan çempionu doğma arenasında istəyinə çatacaq:

“Qarabağ” “Frayburq”a qalib gəlsə, Miladdan sonra ilk dəfə Avropa Liqasında mübarizəni davam etdirmiş olacaq. “Olimpiakos”un “Nant”la matç öncəsi qrupda qələbəsiz qaldığını nəzərə alsaq, azərbaycanlılar öz işlərini özləri görməli, digər matça bel bağlamamalıdırlar.

“Frayburq” Bakıda tamamilə dəyişilmiş heyətlə çıxış edəcək. Çünki qrup birinciliyini təmin ediblər və həftəsonu Bundesliqada matçları var. Üstəlik, “Köln”lə görüşə vaxtları azdır. Bu da “Qarabağ”a ciddi şans verir. Qələbə üçün daha istəkli olan “Qarabağ”ın bu gün istəyinə çatacağını düşünürəm.

Proqnozum: 2:1
 

writer photo
Əlirza Əlirzalı
0