“İnter” ilk dəfə iranlı futbolçu transfer edib
13.07.2024 - 16:18
“İnter” ilk dəfə iranlı futbolçu transfer edib

İtaliyanın “İnter” klubu ilk dəfə olaraq heyətinə iranlı futbolçu, Mehdi Taremi transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı iranlı futbolçu İtaliya klubu ilə 2027-ci il iyunun 30-na kimi müqavilə imzalayıb. Taremi "Portu" ilə müqaviləsi bitdikdən sonra azad agent kimi "İnter"ə keçib. Mehdi "neradzurri"nin tarixinə ilk iranlı futbolçu kimi düşüb.

Qeyd edək ki, hücumçu 2020-ci ildən Portuqaliya klubunda çıxış edib. O, “əjdahalar”ın heyətində 182 oyunda 91 qol vurub. Taremi İran millisində isə 86 oyunda 49 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0