İti zəka sahiblərimiz qitə birinciliyində iştirak edib
17.12.2023 - 14:44
İti zəka sahiblərimiz qitə birinciliyində iştirak edib

Xorvatiyanın paytaxtı Zaqrebdə şahmatın blits növü üzrə Avropa çempionatı keçirilib.

Apasport.az xəbər verir ki, yarışda ölkəmiz 2 şahmatçı ilə təmsil olunub.

13 turdan ibarət olan qitə birinciliyəndə hər iki təmsilçimiz 10 xal toplayıb. Yekun nəticədə Rauf Məmmədov 8-ci, Eltac Səfərli isə 11-ci olub.

Qeyd edək ki, David Navara (Çexiya) topladığı 11,5 xalla Avropa çempionu titulunu qazanıb. Vasili İvançuk 2-ci, Denis Kadriç (Çernoqoriya) isə 3-cü nəticə göstərib.

writer photo
Əlirza Əlirzalı
0