Pereyra “Mançester Yunayted”ə qayıdır
31.05.2022 - 09:15
Pereyra “Mançester Yunayted”ə qayıdır

“Mançester Yunayted”in futbolçusu Andreas Pereyra İngiltərə klubuna qayıdacaq.

Apasport.az saytının məlumatına görə, “Flamenqo”da icarədə olan 26 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinə geri dönməli olacaq.

Buna səbəb Pereyranın icarə müddətinin uzadılmamasıdır. Tərəflər onun Braziliya klubunda qalma müddətinin artırılması barədə razılaşa bilməyib.

Qeyd edək ki, 2021-ci ilin avqustundan “Flamenqo”da oynayan Pereyra 45 matçda 6 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0