Jalə Əliyeva Avropa çempionatını gümüş medalla başa vurdu
21.04.2023 - 22:10
Jalə Əliyeva Avropa çempionatını gümüş medalla başa vurdu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında gümüş medalla kifayətlənib.

Apasport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançımız qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Qruşina-Akobiyanı sınağa çəkib. Ötən ilin Avropa çempionu olan təcrübəli rəqibinə 0:10 məğlub olduğu vaxt "tuş"la uduzub.

53 kq-da çıxış edən Türkan Nəsirova isə bürünc medal görüşündə türkiyəli Zeynəp Yetgilə məğlub olaraq medal şansını əldən verib.

Beləliklə, qadın güləş yığmamız Avropa çempionatını 2 medalla – 1 qızıl və 1 gümüş medalla başa vurub. Xatırladaq ki, dünən Mariya Stadnik 9-cu dəfə Avropa çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0