Jurnalistlər millimizə güvənir
13.06.2022 - 15:04
Jurnalistlər millimizə güvənir

Azərbaycan yığması bu gün Millətlər Liqasının qrup mərhələsində IV tur oyununa çıxacaq.

Azərbaycanlı jurnalistlər Belarusla “Dalğa Arena”da baş tutacaq qarşılaşma ilə bağlı apasport.az saytının sorğusunu cavablandırıblar.

Həmkarlarımız əvvəlki sorğulardan fərqli bu dəfə komandamızın qələbəsinə inanırlar. Təsadüfi deyil ki, səsvermədə iştirak edən 16 nəfərdən 10-u Canni de Byazinin yetirmələrindən qalibiyyət gözləyir. Onlardan da 5-i hesabın 2:1 olacağını proqnozlaşdırıb.

5 jurnalist heç-heçə düşünürsə, yalnız bir nəfər Belarusun Bakıdan 3 xalla ayrılacağını güman edir.

Azərbaycan - Belarus
Aysel Adıgözəlli (qol.az) – 1:0
Ruslan Mikayıllı (azerisport.com) – 2:1
Şahin Cəfərov (futbolpress.az) – 2:0
İlkin Sultanlı (futbol+) – 2:0
Anar Şabanoğlu (AİJA) – 2:1
Araz Əhmədov (sportfm.az) – 0:0
Natiq Nəsirov (estafet.az) – 2:1
Daşqın Əziz (offsideplus.az) – 1:1
İbrahim Cəfərov (futbolxeber.az) – 2:0
Kənan Məstəliyev (rekord.az) – 1:1
Elmir Əliyev (haqqin.az) – 1:1
Asəf Zeynallı (CBC Sport) – 1:1
Elnur Əliyev (İTV) – 2:1
Səxavət Qurbanov (idmanxeber.az) – 2:1
Rəşad Sarıyev (lent.az) – 0:3
Səlcuq Elçin (apa.az) – 1:0
 

writer photo
Əlirza Əlirzalı
0