Kadi Borqes cəzalı duruma düşdü
27.07.2022 - 22:45
Kadi Borqes cəzalı duruma düşdü

“Qarabağ”ın futbolçusu Kadi Borqes avrokuboklarda cəzalı duruma düşüb.

Apasport.az saytının məlumatına görə, buna səbəb braziliyalı futbolçunun Çempionlar Liqasının cari mövsümündə 3-cü sarı vərəqə alması olub.

I təsnifat mərhələsində “Lex”lə Bakıdakı cavab matçında sarı vərəqə alan yarımmüdafiəçi II raundda “Sürix”lə həm ilk, həm də cavab qarşılaşmasında eyni halla üzləşib. Bu da onun cəzalı duruma düşməsi ilə nəticələnib.

Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəni davam etdirsə və ya Avropa Liqasına göndərilsə, növbəti mərhələnin ilk görüşünü buraxmalı olacaq.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən “Sürix” - “Qarabağ” oyununda hesab 1:1-dir. Ağdamlıların qoluna məhz Kadi Borqes imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0