“Qarabağ” sabiq futbolçusunu geri qaytarmaq istəyir.
Apasport.com saytına verilən məlumata görə, Ağdam təmsilçisi Kadi Borgesin geri dönüşündə maraqlıdır.
Amma bu, elə də asan olmayacaq. Məsələ burasındadır ki, Azərbaycan çempionu Leandro Andradeni “Şaxnşay Şenxua”ya istədiyi məbləğə satacağı təqdirdə, transferi reallaşdıra biləcək. Belə ki, “Qarabağ” kabo-verdeli üçün qarşı tərəfdən 3 milyon dollar istəyib. Əgər çinlilər bu məbləği verərsə, Azərbaycan çempionu Kadi üçün “Krasnodar”a rəsmi müraciət edəcək.
Qeyd edək ki, 27 yaşlı braziliyalı 2023-cü il yanvarın 14-də "Krasnodar"a keçib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.