"Qarabağ"ın futbolçusu Kadi Borqeslə hansı xarici klubun maraqlandığı bəlli olub.
Apasport.az xəbər verir ki, bu, Rusiyanın "Krasnodar" klubudur.
Krasnodar klubu "Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi üçün hazırda danışıqlar aparır. Klublar 26 yaşlı braziliyalının transferi ilə bağlı razılığa gəlməyə yaxındır.
Futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına kimidir. "Transfermarkt" oyunçunun transferini 1,2 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Kadi Borqes bu mövsüm "Qarabağ"ın heyətində 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün verdiyi açıqlamasında Kadi ilə xarici bir klubun ciddi maraqlandığını bildirib.