Kamal Quliyev: Azərbaycan Belarusa qalib gələcək
06.06.2022 - 12:35
Kamal Quliyev: Azərbaycan Belarusa qalib gələcək

Azərbaycan yığmasının sabiq futbolçusu Kamal Quliyev komandamızın Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

46 yaşlı mütəxəssis apasport.az saytına açıqlamasında Canni de Byazinin yetirmələrinin qrupun ilk turunda Qazaxıstana 0:2 hesablı məğlub olduğu görüşlə bağlı fikirlərini çatdırıb.

O, eyni zamanda bu gün Belarusla baş tutacaq matça proqnozunu da verib:

Millimiz Qazaxıstana məğlub olsa da, pis təsir bağışlamadı. Qazaxıstan əvvəlki komanda deyil. Bizim futbolumuz həmişə onlardan üstün olub. Ən azı yaxın keçmişə baxsaq, belə qənaətə gəlmək olar. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada futbol inkişaf eləməsin, bircə Azərbaycandan başqa.

Millidən hər zaman qələbə gözləmişik. Bugünkü oyun da istisna deyil. Ancaq üç gündən bir oynamaq azərbaycanlı futbolçular üçün deyil. Yəqin ki, heyətdə dəyişikliklər olacaq. Qazaxıstanla görüşdə baş məşqçi 5 müdafiəçiyə etibar eləmişdi. 5-li müdafiənin oynamaq prinsipləri var. Müdafiə və hücum baxımından fərqli funksiyalar yerinə yetirməlisən. Qazaxıstan, Belarus kimi komandalarla oyunlarda müdafiəni, qol buraxmamağı düşünürüksə, meydana niyə çıxırıq?

Həm Azərbaycan, həm də Belarus müdafiəyəmeylli oyun göstərir. Belə matçlarda 1 qol həlledici olur. Üstəlik, futbolçularda yorğunluq da var. Çünki hər iki komanda iki gün əvvəl oyun keçirib. Meydana “uduzmayım, 1 xal da qənimətdir”, - düşüncəsi ilə çıxa bilərlər. Bu səbəbdən 1 qol yeganə ola bilər.

Proqnozum: Azərbaycan 1:0 hesabı ilə qalib gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0