Bundesliqa klubundan 20 milyonluq transfer
22.07.2023 - 15:56
Bundesliqa klubundan 20 milyonluq transfer

“Bayer” heyətinə yeni futbolçu qatır.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Viktor Bonifası transfer edir.

“Yunion”un hücumçusu 20 milyon avroya yeni komandasına keçəcək. “Bayer” 7,5 milyonluq bonus da ödəyə bilər. 22 yaşlı nigeriyalı bu gün Bundesliqa klubunda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Bonifas ötən mövsümün 55 matçında 22 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0