"Ən yaxşı oyunumuzu keçirdik”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə "Araz-Naxçıvan"in baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün "Lozniça Qrad"la keçirilmiş oyundan sonra (1:4) azfutzal.az-a açıqlama verib: “Statistikaya baxdıq, köməkçi məşqçi Cordan 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu göstərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq. Deməli, realizə ilə bağlı problemimiz var. Əgər sən bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib şansını qaçırmayacaq. "Lozniça Qrad" da təcrübəli komandadır.
Qrupdan çıxmaq şansımız qalmayıb, amma son turda "Mostar"la keçirəcəyimiz oyuna qələbə qazanmaq üçün çıxacağıq".