"Kəpəz" mətbuatda yayılan sponsorluq anlaşması məsələsinə aydınlıq gətirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Son iki gün ərzində klubumuzun sponsor tərəfindən himayəyə götürülməsi barədə mətbuatda yazılar verilir. Media nümayəndələrinin və azarkeşlərimizin diqqətinə çatdırırıq ki, bununla bağlı olaraq klubumuza heç bir rəsmi müraciət, əməkdaşlıq təklif olunmayıb. Bu cür əsassız məlumatların mediada əks olunması klubumuzun azarkeşlərini narahat edir. Bu mövzuda ictimaiyyəti tələsməməyə çağırırıq. Tərəfimizdən bildiririk ki, hər hansı bir görüş olacağı və ya razılıq əldə ediləcəyi təqdirdə klub saytı vasitəsilə əlavə məlumat veriləcək", - deyə klubdan bildirilib.