Keytanın “Qarabağ”a qoşulacağı tarix dəqiqləşdi
30.05.2023 - 18:46
Keytanın “Qarabağ”a qoşulacağı tarix dəqiqləşdi

“Qarabağ”ın yeni transferi Hamidu Keytanın Ağdam klubunun düşərgəsinə qoşulacaq tarix bəlli olub. 

Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu iyunun 10-da yeni komandasına qoşulacaq.

O, Azərbaycan çempionu ilə 2+1 illik müqaviləyə qol çəkəcək. Fransalı vinger “Qarabağ”ın Bakıda keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək. Keyta paytaxtdakı toplanışdan sonra Ağdam təmsilçisi ilə Avstriyaya yollanacaq. 

Qeyd edək ki, Hamidu Premyer Liqada “Zirə”nin heyətində keçirdiyi iki mövsümdə 46 oyunda 13 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0