Kikboksçularımızdan rekord: 13 medal
26.11.2023 - 12:57
Kikboksçularımızdan rekord: 13 medal

Azərbaycan idmançıalrı daha bir dünya çempionatını rekordla başa vurub.

Apasport.az xəbər verir ki, bu dəfə sevindirici xəbər kikboksçularımızdan gəlib.

Portuqaliyanın evsahibliyində təşkil olunan mundialda komandamız medallların sayına görə ilk pillədə yer alıb. Kikboksçularımız yarışı 6 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub. 
Veteran kikboksçuların mübarizəsində isə Eduard Məmmədov 2 fərqli versiyada 2 qızıl medala sahib olub.

Qeyd edək ki, dünya çempionatında 70 ölkədən 1369 idmançı iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0