Lukaku “İnter”də nə qədər qol vuracaq? - MƏRC
03.07.2022 - 17:14
Lukaku “İnter”də nə qədər qol vuracaq? - MƏRC

Bukmeker kontorları “İnter”in “Çelsi”dən birillik icarəyə götürdüyü hücumçu Romelu Lukakunun qarşıdakı mövsümlə bağlı statistikasına mərclərin qəbulunu açıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevərlər belçikalı ulduz futbolçunun 20-dən çox qoluna 1,95 əmsalla mərc edə bilər.

29 yaşlı forvard ötən mövsüm İngiltərə Premyer Liqasında 26 matçda cəmi 8 qol vuraraq bu göstəricilərdən uzaq qalıb. Ancaq A seriyası Lukakunun sevimli liqasıdır. O, 2019/20 mövsümündə İtaliya çempionatının 36 oyununda 23 qol vurub, növbəti mövsüm isə bu sayı 24-ə çatdırıb.

Lukakunun 6-dan çox assistinə 1,85 əmsalı təyin olunub. Belçika millisinin üzvü bundan əvvəl “neradzurri”dəki ilk mövsümdə 3, ikincidə isə 11 assist edib.

Bukmeker kontoru həmçinin Lukakunun qol+ötürmə sistemində ən azı 28 xal toplamasına 2,45 əmsalı qoyub. Lakin hücumçu yalnız iki mövsümdə bu həddi keçə bilib. O, “Everton”dakı son ilində 31 (25+6), “İnter”lə ölkə çempionu olduğu mövsüm isə 35 (24+11) xal toplayıb.

Buna görə də Lukakunun 1,49 əmsala bərabər olan 28 xal ALT-a mərc etmək daha məntiqlidir.
 

writer photo
Əlirza Əlirzalı
0