Krakov-2023: Cavid hamını qabaqladı
21.06.2023 - 14:16
Krakov-2023: Cavid hamını qabaqladı

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti qaçış zolağına çıxıb.

Cavid Məmmədov kişilərin sədlərlə 400 m məsafəyə qaçışından çıxış edib. Məsafəni 55,76 saniyəyə qət edən idmançımız şəxsi rekorduna imza atıb. B qrupunda qaçan atletimiz təkcə bu “yeddilik”də deyil, yarışda 1-ci olub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0