"Linkoln" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib
17.07.2024 - 00:27
"Linkoln" - "Qarabağ" görüşünün vaxtı müəyyənləşib

Çempiolar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ"ın ilk oyununun vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu iyulun 23-də "Linkoln"un qonağı olacaq.

Cəbəllütariqin "Europe Point" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0