UEFA Avropa Liqasının liqa mərhələsində təmsilçimiz "Qarabağ" doğma meydanda İsveç təmsilçisi "Malmö"yə məğlub olub (1:2).
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Henrik Ridström oyun barədə fikirlərini bildirib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Çətin oyun olacağı bəlli idi. Həqiqətən də belə oldu. "Qarabağ" çox güclü, gözəl komandadır. Yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik".
- "Reyncers"lə oyunla müqayisədə bu dəfə nə fərqli oldu?
- Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik.
- Nəticənin belə olacağını ehtimal edirdiz?
- Çox çətin olacağı gözlənilən idi. "Qarabağ" güclüdür. Oyun planını elə qurmuşduq ki, əks-hücumları nəzarətdə saxlayaq. "Reyncers"lə oyundan razı deyildim. Bu gün daha məntiqli oynadıq.
- "Qarabağ"ın forvardı Musa Qurbanlı "Yurqorden"də bir sezon oynayıb geri qayıtdı. Sizcə, bir azərbaycanlının Skandinaviya futboluna öyrəşməsi üçün nə lazımdır?
- Demək çətindir. Skandinaviya ölkələrində fiziki aspektdən hazır olmalısan. Bu gün Avropada texniki məqamlar ön plana çıxır, nəzərə çarpır. Amma Norveç və İsveçdə əsas fiziki hazırlıq tələb olunur.