“Mançester Siti”nin daha bir oyunçusu “Çelsi” yolunda
08.07.2022 - 15:33
“Mançester Siti”nin daha bir oyunçusu “Çelsi” yolunda

“Çelsi” müdafiəçi Natan Akenin transferində irəliləyişə nail olub.

Apasport.az saytının məlumatına görə, londonlular bu məsələdə “Mançester Siti” ilə danışıqların inkişaf mərhələsindədir.

Hətta tərəflər arasında son günlər proses daha da sürətlənib və tezliklə razılığın əldə olunması gözlənilir. Niderland millisinin üzvü özü də 2017-ci ildə tərk etdiyi “zadəganlar”a qayıtmağa hazırdır.

Qeyd edək ki, Natan Ake ötən mövsüm Premyer Liqada keçirdiyi 14 oyunda 2 qol vurub. “Çelsi” ona qədər “Mançester Siti”dən hücumçu Rahim Sterlinqi transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0