Markus Gisdol Türkiyə Super liqasında
11.10.2023 - 16:34
Markus Gisdol Türkiyə Super liqasında

“Samsunspor” yeni baş məşqçisini açıqlayıb.

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi Markus Gisdola tapşırılıb.

Klubdan verilən açıqlamada 54 yaşlı mütəxəssislə mövsümün sonuna qədər anlaşma imzalandığı bildirilib. Alman məşqçinin son klubu Moskva “Lokomotiv”i olub.

Qeyd edək ki, mövsümə uğursuz başlayan “Samsunspor” 7 matçdan sonra topladığı 1 xalla turnir cədvəlinin son pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0