Avropa Kanoe Assosiasiyası oktyabrın 21-23-də keçirilcək “Mingəçevir Reqatası” beynəlxalq turnirini təqdim planına salıb və qurumun rəsmi saytına yerləşdirib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda avarçəkmənin müxtəlif növlərində idmançılar iştirak edəcək.
Eyni zamanda, yazıda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovun dəvət məktubu və yarışın Əsasnaməsi öz əksini tapır.
Qeyd edək ki, keçmiş SSRİ dönəmində təşkil olunan “Mingəçevir Reqatası” beynəlxalq yarışında nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrindən olan idmançılar iştirak edib və bu yarış ümumittifaq kateqoriyalı reqatalar içərisində önəmli yer tutub.