Misli Premyer Liqasında ən çox Q/Q oynayan komandalar bəlli olub.
Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasiləyədək çempionatda 70 matç baş tutub.
Bu görüşlərin 60-da hər iki komanda qol vurub. Bu da təxminən 43 faizə bərabərdir.
Komandalar arasında isə coxhakimiyyətlilikdir. 4 iştirakçı hamıdan çox – hərəyə 7 dəfə Q/Q oynayıb. Bunlardan üçü iddialılar sırasında olan “Qəbələ”, “Neftçi” və “Zirə”dir. “Şamaxı” da bu göstəricidə liderliyə şərikdir.
Çempionatın ən yaxşıları “Qarabağ”la “Sabah” 6 dəfə Q/Q oynayıb. Onlar “Kəpəz” və “Səbail”ə şərikdir. Bu 4 komandanın faiz göstəricisi çempionatınkı ilə eynidir.
İki klub isə hamıdan geri qalır. Bunlar “Turan Tovuz”la “Sumqayıt”dır. Bu komandalar cəmi 4 dəfə Q/Q olan görüşlərdə iştirak edib.
Komanda |
oyun |
Q/Q |
faiz |
Qəbələ |
14 |
7 |
50% |
Neftçi |
14 |
7 |
50% |
Şamaxı |
14 |
7 |
50% |
Zirə |
14 |
7 |
50% |
Kəpəz |
14 |
6 |
43% |
Qarabağ |
14 |
6 |
43% |
Sabah |
14 |
6 |
43% |
Səbail |
14 |
6 |
43% |
Sumqayıt |
14 |
4 |
29% |
Turan Tovuz |
14 |
4 |
29% |