Murad Musayev: “Azərbaycana Rusiyadan futbolçu gətirmək çətindir”
21.11.2022 - 00:00
Murad Musayev: “Azərbaycana Rusiyadan futbolçu gətirmək çətindir”

“Rusiyalı futbolçuların çox yüksək maaşları var. Azərbaycana oradan kimisə gətirmək çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlamasında deyib.

Gənc mütəxəssis Rusiya ilə müqayisədə İspaniyadan futbolçu transfer etməyin daha asan olduğunu düşünür: “İspaniya Sequndasının hansısa yerindən müqayisə olunan səviyyəli oyunçunu götürmək daha asandır. Orada eyni səviyyəli oyunçular daha az maaş alırlar? Əlbəttə. Rusiya futbolunun keyfiyyəti ispanlardan aşağıdır? Deməyəcəyəm ki, Rusiyada futbolun keyfiyyəti Sequndadan aşağıdır. Amma ümumən həyat ədalətsizdir”.

Qeyd edək ki, Murad Musayevin rəhbərlik etdiyi “Sabah” Misli Premyer Liqasının 14 turundan sonra 35 xalla ikinci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0