"Araz Naxçıvan" yaxşı komandadır. Bu komandaya qarşı öz qapına iki qol vurursansa, heç kim günahkar deyil”.
Apasport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının XVII turunun “Araz-Naxçıvan”la səfər matçındakı 0:2 hesablı məğlubiyyətə şərh verib: “Günahkar bizik. Nəticə qanunauyğundur".
- Yenidən Yusif İmanova şans verdiniz. Bu nə ilə bağlıdır? Buraxdığı qolu necə şərh edərdiz?
- Nicat Mehbalıyev ötən turda zədə almışdı. Buraxılan qola gəldikdə, olmamalı idi.
- Yay transferləri özünü doğrultmur deyə, ola bilər ona görə qeyri-stabil çıxış edirsiz?
- Biz özümüz günahkarıq. Çox asandır kimisə günahlandırmaq. "Səbail"lə oyundan sonra belə oyuna köklənməməlisən.
- Qışda yeni futbolçular gətirəcəksiz?
- Xeyr, planımız yoxdur.
- "Alaniya" və "Şinnik"in sizinlə maraqlandığı deyilir. Məsələ nə yerdədir?
- Bu mövsüm ərzində Premyer Liqadan 2-3 yaxşı təklifim olmuşdu. Getsəm, ora gedərdim. Amma "Sabah"dan getmək istəmirəm.