Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib
06.07.2024 - 12:12
Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib

Naxçıvan Futbol Federasiyasında yeni təyinat baş tutub.

Apasport.az-ın məlumatına görə, Zaur Axundov qurumun yeni sədri seçilib.

Bununla bağlı federasiyanın bu gün keçirilən hesabat-seçki yığıncağında qərar verilib.

Qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidentidir. AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.

writer photo
Əlirza Əlirzalı
0