“Neftçi” ilə oyunöncəsi “Rapid”də itki
01.08.2022 - 10:00
“Neftçi” ilə oyunöncəsi “Rapid”də itki

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Rapid” bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, Vyana klubunun yarımmüdafiəçisi Patrik Qreyl sıradan çıxıb.

26 yaşlı orta sahə oyunçusu Avstriya Bundesliqasının II turunda “Klaqenfurt”la görüşdə zədələnib. Komandasının səfərdə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 57-ci dəqiqəsində xəsarət alan Qreyl əvəzlənmək məcburiyyətində qalıb.

Yeni transferin bud nahiyəsindəki köhnə zədəsini təzələdiyi bildirilir. Onun “Neftçi” ilə matçda iştirakı sual altındadır. Çünki həkimlər Patrikin nə zaman yaşıl meydanlara dönəcəyini hələ dəqiq müəyyənləşdirməyib.

Qeyd edək ki, avqustun 4-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Rapid” görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı avqustun 11-nə təsadüf edəcək.

writer photo
Əlirza Əlirzalı
0