"Neftçi" "İzmir Cup"ın 1/16 finalında
09.04.2023 - 00:52
"Neftçi" "İzmir Cup"ın 1/16 finalında

"Neftçi"nin 12 yaşadək komandası Türkiyədə keçirilən "İzmir Cup" turnirində 1/16 finala vəsiqə qazanıb.

Apasport.az-ın məlumatına görə, "Neftçi" U-12-si "Beşiktaş"ı (Türkiyə) 1:0, "Vesterloo"nu (Belçika) 1:0, "Urla Bələdiyyəsi"ni (Türkiyə) 3:0 məğlub edib, "Zenit"ə (Rusiya) 0:6 və "Mets"ə (Fransa) 0:1 uduzub.

Bununla belə, komandamız qrupda 4-cü yeri tutmaqla 1/16 finala vəsiqə əldə edib. Bu mərhələdə rəqib "Bruxe"dir (Belçika). Matç səhər saatlarında keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın U-12 komandası da bu turnirdə iştirak etsə də, onlar qrup mərhələsini adlaya bilməyib.

writer photo
Əlirza Əlirzalı
0