“Neftçi” kubokun finalının nominal ev sahibi oldu
04.05.2023 - 13:33
“Neftçi” kubokun finalının nominal ev sahibi oldu

Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb. 

Apasport.az saytının məlumatına görə, mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, “Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib. 

Püşkün nəticəsinə əsasən, “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” Futbol Klubu olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0