"Neftçi" "Sivasspor"la görüşdə qələbə qazandı
17.07.2024 - 20:10
"Neftçi" "Sivasspor"la görüşdə qələbə qazandı

Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama görüşü keçirdib.

Apasport.az xəbər verir ki, Roman Qriqorçukun komandası Türkiyə Superliqası təmsilçisi "Sivasspor"la qarşılaşıb. Oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin qollarını Mark Tamaş (45+3) və Yeqor Boqomolski (80) vurub.

writer photo
Əlirza Əlirzalı
0