“Neftçi”-“Spartak” matçının hakimləri bəlli oldu
23.03.2024 - 15:18
“Neftçi”-“Spartak” matçının hakimləri bəlli oldu

"Neftçi"nin bu gün Moskva "Spartak"ı ilə keçirəcəyi yoxlama matçının hakimləri müəyyənləşib.

"Neftçi"nin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, "Neftçi Arena"da baş tutacaq qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.

Ona Namiq Hüseynov, Kamran Bayramov və Kamranbəy Rəhimov kömək edəcəklər. VAR hakimləri isə Cavid Cəlilov ilə Müslüm Əliyev olacaqlar.

Qarşılaşma Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, "Neftçi" - "Spartak" matçı saat 18:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0