"Neftçi"dən ilk transfer - Rəsmi
16.01.2024 - 20:33
"Neftçi"dən ilk transfer - Rəsmi

"Neftçi" qış fasiləsində ilk transferini həyata keçirib.

Apasport.az xəbər verir ki, Syerra Leone milli komandasının futbolçusu Alfa Konte ilə müqavilə imzalanıb. 23 yaşlı sol vinger "Neftçi"nin heyətində 20 nömrəli formanı geyinəcək.

Daha əvvəl də xəbər verdiyimiz kimi, uzun zamandır bu transferi bitirmək istəyən "ağ-qaralar" nəhayət ki, keçidi rəsmiləşdirib.

Alfa Konte son olaraq Bolqarıstanın "Lokomotiv" klubunda çıxış edib. O, cari mövsümdə Plovdiv təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0