“Klubun inkişafını 4 istiqamətdə görürük”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov deyib.
O, bu vəzifəyə təyinatı ilə bağlı SOCAR-ın baş ofisində təşkil olunan təqdimat mərasimində fikirlərini açıqlayıb. “Ağ-qaralar”ın hədəfləri, məqsədləri və planlarına da toxunan Mahmudov bildirib ki, bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları və azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır: "Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".
Qeyd edək ki, “Neftçi”nin baş icraçı direktoru klub rəhbərliyinə Kamran Quliyevin prezident vəzifəsindən azad edilməsindən sonra təyin olunub.