"Neftçi"nin daha bir futbolçusu dünya çempionatı üçün dəvət alıb
29.05.2024 - 14:16
“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinin düşərgəsinə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti paylaşım edib.
29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Qeyd edək ki, Fələstin iyunun 6-da Livan, beş gün sonra Avstraliya ilə üz-üzə gələcək. Daha əvvəl "Neftçi"dən Alfa Konte Syerra Leone millisinə dəvət alıb.
0
0