UEFA “Olimpiakos”u cəzalandırdı: “Qarabağ”la oyunda tribuna bağlı olacaq
29.09.2022 - 09:12
UEFA “Olimpiakos”u cəzalandırdı: “Qarabağ”la oyunda tribuna bağlı olacaq

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” UEFA tərəfindən cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, Yunanıstan çempionu turnirin II turunda “Frayburq”la (0:3) ev matçında azarkeşlərin davranışına görə cəriməyə məruz qalıb.

Pirey təmsilçisini ümumilikdə 58 min avro məbləğində cərimələyən qitə futbol qurumunun qərarına görə, növbəti turda “Qarabağ”la qarşılaşmada şimal tribunası qismən bağlı olacaq. Buna səbəb “Frayburq”la matçda azarkeşlərin pirotexniki əşyalardan istifadə etməsi olub.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0