“Olimpiakos”un futbolçusu: "Qarabağ"la matçda qələbə qazanacağıq"
12.10.2022 - 17:42
“Olimpiakos”un futbolçusu: "Qarabağ"la matçda qələbə qazanacağıq"

“Birinci oyundakı məğlubiyyətə görə çox üzüldüm. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Bu bizi üzdü. Ancaq sabahkı matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un futbolçusu Usseynu Ba deyib.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edən Usseynu Ba fikrini bu sözlərlə davam etdirib: “İlk görüşdən sonra baş məşqçimiz bizimlə söhbət elədi. Sabah fərqli oynayacaq, aqressiv olmağa çalışacağıq ki, istədiyimiz nəticəni əldə edək".

Futbolçu əlavə edib ki, bura revanş üçün gəliblər: "Azarkeşlərimizə sübut etmək istəyirik ki, böyük klubun böyük oyunçularıyıq. Komandada motivasiya yüksəkdir. İlk məğlubiyyətin revanşını almaq istəyirik və sabah qələbə qazanacağıq".

Ba səfərdə daha yaxşı oynamalarına münasibət bildirib: "İlk oyunda heyətdə yeni simalar var idi, tam uyğunlaşa bilməmişdik. Artıq hamı bir-birini yaxşı başa düşür. Səfər oyununu göz önünə alaraq sabah buradan istədiyimiz nəticə ilə qayıdacağımıza inanıram".

Qeyd edək ki, Avropa Liqasının IV turunun “Qarabağ” – “Olimpiakos” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0