Tiaqo Silva “Çelsi”dən ayrılmaq istəyir - SƏBƏB
12.05.2023 - 18:54
Tiaqo Silva “Çelsi”dən ayrılmaq istəyir - SƏBƏB

Tiaqo Silva yayda vətəni Braziliyaya geri qayıtmağı planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, “Çelsi”nin 38 yaşlı mərkəz müdafiəçisi “Fluminense”yə keçmək istəyir.

Silva 2006-2009-cu illərdə şərəfini qoruduğu komandada bir mövsüm daha çıxış edərək, karyerasını bitirmək arzusundadır.

London klubu ilə 2024-cü ilin yayına kimi razılaşması olan Braziliya millisinin üzvü yaxın vaxtlarda klub rəhbərliyinə müraciət edərək getməsinə icazə verilməsini istəyəcək.

Qeyd edək ki, 2020-ci ildən “Çelsi”də çıxış edən Tiaqo bu mövsüm 32 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0