"Fənərbaxça" "Mançester Yunayted"in futbolçusunu heyətinə qatır
20.06.2024 - 16:33
"Fənərbaxça" "Mançester Yunayted"in futbolçusunu heyətinə qatır

Futbol üzrə Türkiyə Superliqa klublarından "Fənərbaxça" keçdiyimiz günlərdə baş məşqçi postuna dünya şöhrətli məşqçi Joze Mourinyonu gətirdi.

Apasportun xəbərinə görə, portuqaliyalı mütəxəssis artıq klub rəhbərliyinə komandada görmək istədiyi bəzi oyunçuların siyahısını verib.

Onların arasında "Mançester Yunayted"in isveçli müdafiəçisi Viktor Lindelöf də var.

Məlumata görə, İstanbul təmsilçisi Lindelöf üçün artıq ada klubu ilə rəsmi görüşlərə başlayıb. 

Tərəflər arasında maddi razılıq əldə olunsa, 29 yaşlı futbolçu yeni mövsümdən etibarən "Fənərbaxça" forması geyinəcək.

Joze Mourinyo sabiq oyunçusunu yeni komandasında görməkdə israrlıdır. 

Qeyd edək ki, İsveç millisinin kapitanının bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilib. 

writer photo
Əlirza Əlirzalı
0