Son saniyələrin UDUŞU
02.02.2023 - 16:43
Son saniyələrin UDUŞU

Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər Milli Hokkey Liqasından böyük qazanc əldə edib.

Better ümumilikdə 7 qarşılaşmaya mərc gəlib. O, iki qarşılaşmada meydan sahibləri, ikisində qonaqların qələbə qazanacağını təxmin edib, üç görüş də isə əsas vaxtın heç-heçə bitəcəyini proqnozlaşdırıb.

Bu kuponun əmsalı 3889,28-ə bərabər olub. Müştəri təxmininə 1000 rubl (24,4 manat) qoyub.

Oyunların hamısı betterin istədiyi məcrada davam etsə də, “Florida” – “Boston” qarşılaşmasının sonluğu şok yaşadıb. “Sirena”ya 49 saniyə qalmış qonaqlar hesabda önə çıxıb – 3:2. 46 saniyəlik həyəcana “Florida”nın bərabərlik qolu son qoyub. Yekunda müştəri 3 milyon 889 min 280 rubl (94 min 898,43 manat) uduşa sahib çıxıb.

“Vinnipeq” – “Filadelfiya”: 2 (3,65 əmsal, yekun - 0:4)
“Pittsburq” – “San-Xose”: 2 (3,95 əmsal, yekun - 4:6)
“Ottava” – “Monreal”: 1 (1,94 əmsal, yekun - 5:0)
“Tampa-Bey” – “Los-Anceles”: 1 (1,88 əmsal, yekun - 5:2)
“Minnesota” – “Baffalo”: X (4,40 əmsal, yekun - 2:2)
“Nyu-York Aylenders” – “Veqas”: X (4,10 əmsal, yekun - 1:1)
“Florida” – “Boston”: X (4,10 əmsal, yekun - 3:3)

writer photo
Əlirza Əlirzalı
0