"Neftçi"nin müdafiəçisinin cəzası azaldılıb
22.08.2024 - 16:51
"Neftçi"nin müdafiəçisinin cəzası azaldılıb

"Neftçi"nin futbolçusu Ervin Koffinin cəzası azaldılıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Müdafiəçiyə verilmiş iki oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni bir oyunluq cəza şərti tətbiq edilib. Oyunçuya üç aylıq sınaq müddəti verilib.

Xatırladaq ki, Fransalı müdafiəçi "Səbail"lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atdığı üçün diskvalifikasiya edilmişdi. "Ağ-qaralar"a buna görə tətbiq edilmiş 2000 manat cərimə qüvvədə saxlanılıb.

writer photo
Əlirza Əlirzalı
0