"Barselona"nın qapıçısı meydanlara qayıdır
23.01.2024 - 16:45
"Barselona"nın qapıçısı meydanlara qayıdır

“Maksimum iki həftəyə hazır olacağımı düşünürəm”.

Apasport.az xəbər verir ki, bunu "Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen meydana nə vaxt dönəcəyindən danışarkən deyib. 

Almaniyalı qolkiper vəziyyətinin yaxşılaşdığını deyib: "Həkimlərin hazırladığı plana uygun hərəkət etdim. Artıq tam sağalmışam. İnanıram ki, yaxın 2 həftə ərzində hazır olacam. Komandayla meydana çıxacağım günü həsrətlə gözləyirəm”.

Qeyd edək ki, ötən il noyabrın 12-dən bəri futbol oynamayan 31 yaşlı çərçivə qoruyucusu həmin ilin dekabr ayında belindəki problemləri həll etmək üçün əməliyyat olunub. 
 

writer photo
Əlirza Əlirzalı
0