Tanınmış çexiyalı futbol məşqçisi Vlastimil Petrjela gözlənilməz iddia ilə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, 2007-ci ildə Azərbaycanda “Neftçi”nin baş məşqçisi olan mütəxəssis bir milyon avroluq mərcə girmək istəyir.
Petrjela vaxtilə çalışdırdığı “Zenit”in Rusiyada Premyer Liqanın çempionluğuna məhz bu qədər qoyuluş etmək arzusundadır. Bu əmsal 1,22-yə bərabərdir: “Əgər mənə bir milyon avro versələr, 100 faiz deyirəm ki, bu pulu “Zenit”in Premyer Liqada mövsümün çempionu olacağına qoyaram. Ümumiyyətlə buna heç bir sual belə doğurmur. Bu mərc qalib gələr, əminəm. Bu komandanın çempionluğuna şübhəm də yoxdur. Onlar Rusiyada ən zəngindirlər, ən yaxşı oyunçular, braziliyalılar ordadır. Bu komandanın dominantlığı çox-çox uzun sürə bilər”.
Qeyd edək ki, 8 oyunda 20 xal toplayan “Zenit” Premyer Liqada liderlik edir.