“Neftçi”nin transfer fəaliyyəti "Aris"lə oyundan asılı olacaq
25.07.2022 - 15:32
“Neftçi”nin transfer fəaliyyəti "Aris"lə oyundan asılı olacaq

"Aris"lə oyun transfer fəaliyyətinə təsir edə bilər". 

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev deyib. 

Klub rəhbəri transfer çalışmalarının Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə keçiriləcək cavab oyunundan asılı olacağını söyləyib: "Həmin görüşün nəticəsinə uyğun olaraq transfer çalışmalarını tamamlaya və ya davam edə bilərik".

Quliyev bildirib ki, bu günə kimi yay fasiləsində ən çox transfer edən klub "Neftçi" olub: “Bu il gətirdiyimiz futbolçular çox keyfiyyətlidir. Onların necə uyğunlaşacağını zaman göstərəcək. Bizdə Xorxe Korrea var idi, Portuqaliya yüksək liqasında daim oynayırdı. Amma ailəsindən ötrü darıxırdı, burada alınmadı. Futbolçunun adaptasiyası çox önəmlidir. Transfer məsələsinə baxmaq üçün hələ vaxtımız var".

writer photo
Əlirza Əlirzalı
0