Nəhs dueldə seriyalar qırılacaq, yoxsa yenə heç-heçə?
06.10.2022 - 10:27
Nəhs dueldə seriyalar qırılacaq, yoxsa yenə heç-heçə?

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında mübarizə aparan Ağdam klubu III turda “Olimpiakos”la görüşəcək.

Pireydəki matç Azərbaycan və Yunanıstan klublarının 13-cü dueli olacaq. Nəhs qarşılaşma ərəfəsində 12 oyunun düz yarısı heç-heçə başa çatıb. Bərabərlik ilk 6 matça təsadüf edib.

Sonrakı 2 sınaqda təmsilçilərimiz, son 4 qarşılaşmada Ellada klubları qalib gəlib. Nəticələrin belə seriyalarla davam etməsi komandalar arasında duellərə də təsir edib. İlk oyunda qalib komanda ikinci matçda da üstün olub, ya da heç-heçə təkrarlanıb.

Az qollu keçən duellərdə klublarımız 8, rəqiblər 9 qola sevinib. Maraqlıdır ki, həm “Qarabağ”, həm “Olimpiakos” bu qarşıdurmalarda iki görüşə çıxıb. Hər iki komanda qələbələri sıralayıb və qol da buraxmayıb. İki rəqibdən ən azı birinin bu uğurlu seriyası qırılacaq.

Avropa Liqası
2012/13. “İnter” – “Asteras Tripolis” - 1:1, 1:1, p.2:4 
2015/16. “Qəbələ” – “Panatinaikos” - 0:0, 2:2
2015/16. “Qəbələ” – PAOK - 0:0, 0:0
2016/17. “Qarabağ” - PAOK - 2:0, 1:0
2017/18. “Panatinaikos” – “Qəbələ” - 1:0, 2:1
Çempionlar Liqası
2021/22. “Olimpiakos” – “Neftçi” - 1:0, 1:0
 

writer photo
Əlirza Əlirzalı
0