Parataekvodo üzrə Qran-pridən 3 medalla
30.08.2023 - 20:19
Parataekvodo üzrə Qran-pridən 3 medalla

Fransanın paytaxtı Parisdə parataekvodo üzrə Qran-pri başa çatıb.

Apasport.az-ın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə G6 kateqoriyalı yarışa qatılan Azərbaycan millisinin üzvlərinin hər biri medal qazanıb.

Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq) 1/4 finalda yaponiyalı rəqibini 29:18 hesabı ilə məğlub edib. O, yarımfinalda türkiyəli idmançıya uduzaraq 3-cü yeri tutub. 

İmaməddin Xəlilov (70 kq) da Qran-priyə qələbə ilə başlayıb. Həmyerlimiz startda braziliyalı parataekvondoçuya 39:15 hesabı ilə qalib gəlib. Xəlilov yarımfinalda Argentina təmsilçisi ilə döyüşüb və məğlub olduğundan bürünc medala sahib olub. 

Əbülfəz Abuzərli (80 kq) də yarışı 3-cü pillədə başa vurub. Parataekvondoçumuz Türkiyə millisinin üzvünə 25:24 hesabı ilə qalib gəlsə də, ardınca Cənubi Koreya idmançısına məğlub olaraq bürünc medala layiq görülüb. 

Qeyd edək ki, hər 3 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayıb.
 

writer photo
Əlirza Əlirzalı
0