Patrik Andrade yenidən “Qarabağ”da - VİDEO
15.07.2023 - 13:34
Patrik Andrade yenidən “Qarabağ”da - VİDEO

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Patrik Andradenin komandaya qayıdışı rəsmilıəşib. Kabo-verdeli yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb.

Onun son klubu Serbiya təmsilçisi “Partizan” olub. Superliqada 16 matça çıxan yarımmüdafiəçi meydanda 933 dəqiqə keçirib.

Qeyd edək ki, 2020-22-ci illərdə də “Qarabağ”da çıxış edən Andrade Premyer Liqada 46 oyunda 6 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0