“AFFA və PFL-in Azərbaycan Premyer Liqasının titul sponsorluğu üçün birgə məlumatı qısa müddətdə bir neçə təklifin gəlməsiylə nəticələndi”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.
Yeni rəhbər “Misli” brendinin Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün baş sponsoru olması ilə bağlı qurumun rəsmi saytına fikirlərini bildirib: “Futbola və ümumilikdə idmana yaxınlığı, daha sərfəli və cəlbedici təklifi “Misli”nin baş sponsor olaraq seçilməyinə səbəb olan əsas faktlardandır. Peşəkar Futbol Liqası adından “Misli” rəhbərliyinə təşəkkürümüzü bildiririk. Qarşılıqlı fəaliyyətimizin hər iki tərəf və ümumən futbolsevərlər üçün xeyirli və uğurlu olacağına inanırıq. Əminəm ki, əməkdaşlığımız inkişafa təkan verəcək”.