"Qarabağ" Anton transferini bitirmək istəyir
19.01.2024 - 20:59
"Qarabağ" Anton transferini bitirmək istəyir

"Qarabağ" milli komandamızın üzvü Anton Krivotsyukla maraqlanır.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi yerli pasportlu futbolçu axtarışında olduğu üçün və Krivotsyuk da buna uyğun gəldiyinə görə onunla müqavilə imzalamaq istəyir.

"Daejon"un formasını geyinən müdafiəçinin bu təklifə hansı cavabı verəcəyi hələ ki, dəqiq deyil.

Birbaşa transfer alınmasa, Azərbaycan çempionu Antonu ən azından icarəyə götürməyi planlaşdırır.

Cənubi Koreyada mövsüm başa çatıb və bunun üçün "Qarabağ" Antonu transfer etməyi də düşünür.

Yaxın günlərdə keçidin baş tutub-tutmayacağı dəqiqləşəcək.

writer photo
Əlirza Əlirzalı
0