Avropa qitəsini təmsil edən futbol klublarının yeni reytinq cədvəli bəlli olub.
Apasport.az xəbər verir ki, cədvəldə ölkəmiz 4 komanda ilə təmsil olunub.
Ən yaxşı nəticə son çempion “Qarabağ”a məxsusdur. Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Braqa”nı səfərdə 4:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri aktivini 4 xal zənginləşdirib. Ağdam klubu hazırda 252 xalla 70-ci pillədə yer alır.
Təmsilçilərimizdən “Neftçi” 27 xalla 240-cı, “Sabah” 20 xalla 262-ci, “Qəbələ” 5 xalla 376-cıdır.
Qeyd edək ki, qitənin 415 kollektivinin yer aldığı siyahıya 2345 xalla “Real” başçılıq edir.