"Qarabağ" elə komandadır ki, səhv etdinsə, səni bağışlamayacaq" - Şəhriyar Əliyev
18.03.2024 - 17:19
"Qarabağ" elə komandadır ki, səhv etdinsə, səni bağışlamayacaq" - Şəhriyar Əliyev

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev apasport.az saytına açıqlama verib.

O, komandasının Premyer Liqanın 27-ci turunda “Qarabağ”la 1:3 hesablı məğlubiyyətini şərh edib: “Oyuna maksimum dərəcədə yaxşı hazırlaşmışdıq. “Qarabağ”dan xal və xallar almağa çalışırdıq. Rəqib heyətdə rotasiyalar etmişdi, oynamayan oyunçulara üstünlük vermişdilər. Oyunun ağır keçəcəyini bilirdik. İlk yarıda yaxşı çıxış etdik. Qarşıda basqı qurduq və qol vurduq. İkinci qolu vursayıq, oyun bəlkə başqa cür gedərdi. Şansımız var idi. “Qarabağ” dəyişikliklər etdi, oyuna daha çox güc qatan futbolçular çıxdı. Rəqib elə komandadır ki, səhv etdinsə, səni bağışlamayacaq. 99 faiz bunu edir. İkinci qolu da vura bilərdik. Bəlkə başqa cür olacaqdı. Şanslar var idi. Fasilədən sorna yorğunluq da özünü biruzə verə bilərdi. “Qarabağ” neçə ildir ki, gələn-gedən oyunçuları çox olur. Gələn futbolçular da eyni sistemi oynayırlar. Bu mövsüm də güclüdürlər. Hər il çox yaxşı çıxış edirlər. Necə güclü olduqlarını, çempionatda da, avrokuboklarda da görürük. Komandada struktur düz qurulub ki, gələn oyunçular da gedənləri əvəz edə bilər. “Qarabağ” son illərdə çox yaxşı, ideal formadadır”.

Əliyev, komandasının avrokuboklar şanslarını dəyərləndirib:  “Komandalar arasında xal fərqləri çox azdır. Hamı bir-birinə yaxındır. Dördüncü dövrə başlayır. “Sumqayıt”, “Zirə”, “Sabah”, “Kəpəz”lə evdə oynayacağıq. Maksimum xallar yığmaya çağlışacağıq. 9 oyunumuz var. Ağır olacağını bilirik. Milli fasilədir. Çalışacağıq ki, bundan maksimum istifadə edək, zədəlilərimiz sağalsın və ideal formada olaq ki, yaxşı nəticələr qazanaq. Çempionatın sonunda biləcəyik ki, avrokuboklara gedirik, ya yox. Belə, bütün komandaların şansı var”.

writer photo
Əlirza Əlirzalı
0